Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

13 Aprel 2017 13:48 (UTC+04:00)

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 13-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baba Nuhiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.