Dollar yenidən qalxdı

13 Aprel 2017 10:31 (UTC+04:00)

Bu gün səhər (saat 10:00 ) Bank Avrasiya Dolların alış qiymətini 1.6590 manatdan 1.67 manata, satış qiymətini isə 1.70 manatdan 1.7250 manata qaldırıb. "GünayBank" alışı 1.6640 manatdan 1.6750 manata, satışı isə 1.69 manatdan 1.7050 manata, Yapı Kredi Bank Azərbaycan alışı 1.64 manatdan 1.66 manata, satışı isə 1.68 manatdan 1.7050 manata, AFB Bank alışı 1.60 manatdan 1.64 manata, satışı isə 1.7029 manatdan 1.71 manata, RabitəBank alışı 1.61 manatdan 1.66 manata, satışı isə 1.69 manatdan 1.71 manata, AmrahBank alışı 1.6450 manatdan 1.65 manata, satışı isə 1.6950 manatdan 1.7050 manata qaldırıb. Qeyd edək ki, banklarda dollar bu həftənin çərşənbə axşamından bəri qalxır. Çərşənbə axşamı günü banklarda Dolların alış qiyməti 1.60 manatadək, satış qiyməti isə 1.64 manatadək düşmüşdü.

"Azərpoçt" Dolların alış qiymətini 1.63 manatdan 1.66 manata, satış qiymətini isə 1.7030 manatdan 1.7050 manata qaldırılıb.