Bakı və Şabranda minik avtomobilləri yanıb

12 Aprel 2017 05:20 (UTC+04:00)

Dünən Bakı və Şabranda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.