Əl Babda növbəti partlayış: 5 nəfər yaralanıb

12 Aprel 2017 02:37 (UTC+04:00)

Suriyanın Əl Bab bölgəsində əl istehsalı partlayıcı partlayıb. Axar.az xəbər verir ki, partlayış əticəsində 3-ü mülki şəxs, 2-si Azad Suriya Ordusunun əsgəri olmaqla 5 nəfər yaralanıb.

Bombanın İŞİD tərəfindən atıldığı bildirilib. Yaralılar Türkiyənin Kilis xəstəxanasına yerləşdirilib.