"ABŞ bir daha Suriyaya hücum edərsə, bədəlini ödəyəcək"

12 Aprel 2017 03:39 (UTC+04:00)

ABŞ bir daha Suriyaya hücum edərsə, bədəlini ödəyəcək. Axar.az xəbər verir ki, bu sözləri İran Müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı deyib. İranlı nazir ABŞ-ın beynəlxalq hüquq normalarına zidd davrandığını bildirib:

"Amerikalılar Suriyaya təkrar hücum edərsə, bunun bədəlini ağır ödəyəcəklər. Onlar bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq".