Su səyahətinin Kür çayından başlayan Şirvan mərhələsi FOTOLAR

11 Aprel 2017 14:14 (UTC+04:00)

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Astaradan sonra Şirvanda davam etdirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan səyahətinin ilk ünvanı "Köhnə Şəhər" yaşayış massivi olub. Burada Kür çayında su götürülüb. İdmançılar İsmayıl Həşimov, Arif Şükürov və Səma Əliyeva Kürdən götürdükləri suyun səhəngə doldurma prosesini həyata keçiriblər. Su səhəngi axşam keçiriləcək Su festivalında təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

İqbal Mikayılov