Ağdaş rayon sakini tutulub

11 Aprel 2017 14:05 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Qabil Nağıyev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki apteklərdən birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Qabil Nağıyev tutulub.