Mobil telefon aksessuarları və siqaretlər aşkar edilib

11 Aprel 2017 13:04 (UTC+04:00)

Gömrük nəzarətindən gizlədilən mobil telefon aksessuarları və siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının arxasından aksiz markası olmayan 2800 ədəd "Parliament" və 4000 ədəd "Marlboro gold edge" markalı siqaret, salonunda xüsusi düzəldilən saxlanc yerindən isə mobil telefonlara məxsus 100 ədəd USB kabel, 100 ədəd adapter başlığı, 100 ədəd qulaqcıq, 45 ədəd batareya, 25 ədəd "Samsung" markalı mobil telefonların qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.