Faiz mərhələli şəkildə artacaq

11 Aprel 2017 09:56 (UTC+04:00)

ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, faizin mərhələli artırılacağını bildirərək, Fed-in inflyasiya səviyyəsindən geridə qalmaq istəmədiyini söyləyib. Yellen, Miçiqan Universitetində etdiyi çıxışında, Amerika iqtisadiyyatı və Fedin pul siyasətinə dair qiymətləndirmələr edib. ABŞ iqtisadiyyatının Fed-in hədəfləri olan tam məşğulluğu və 2%-lik inflyasiya səviyyəsini təmin etdiyinə işarə edən Yellen, "Mərhələli faiz artımları böyük ehtimalla gedəcəyimiz yol olaraq görünür. İnflyasiya əyrisindən geri qalmaq istəmirik" deyib. Yellen, Fed-in faizlərin mərhələli artırılmasında çox gözləməsi vəziyyətində iqtisadiyyatın həddindən artıq istiləşəcəyinə diqqət çəkərək, bu vəziyyətdə bankın faiz artırmağı sürətləndirmək məcburiyyətində qalacağını, bunun isə durğunluğa səbəb olacağını vurğulayıb.

Amerika iqtisadiyyatında işsizlik nisbətinin keçən ay 4,5%-ə düşməsi haqqında da danışan Yellen, bunun inflyasiyanı artıra biləcəyini ifadə edib. Yellen, Amerika iqtisadiyyatının potensial böyümə nisbətinin 2%-dən aşağı olduğuna inandığını qeyd edərək, ABŞ Konqresinin iqtisadi inkişafı sürətləndirmək üçün addımlar ata biləcəyini vurğulayıb. Federal Cəmiyyət Ofisinin (GAO) Fed-in pul siyasəti qərarlarına nəzarət etməsi ehtimalını da qiymətləndirən Yellen, bunun reallaşması halında Fed-in müstəqilliyinin sona çatacağı barədə xəbərdarlıq edib.