Peterburqdan Lənkərana birbaşa aviareys açılır

11 Aprel 2017 02:14 (UTC+04:00)

Rusiyanın "Nordavia" aviaşirkəti bu ilin yay mövsümündə "Pulkovo" (Sankt-Peterburq) hava limanından Lənkəran şəhərinə müntəzəm, birbaşa aviareyslər həyata keçirəcək. Report xəbər verir ki, uçuşlar iyunun 6-dan etibarən hər həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcək.

Qeyd edək ki, "Nordavia"nın təyyarə parkında 9 ədəd "Boeing - 737-500" sərnişin təyyarəsi var.