Hələ qədim misirlilər 4000 il əvvəl arıçılığa başlamışlar. Sonralar arıçılıq bütün Şərq ölkələrində geniş yayılmışdır.Sokrat balı uzun ömrün cövhəri adlandırmışdır. Fironların məqbərələrində bal dolu kuzələr 40 əsr saxlana bilmişlər. Bu balın çox qiymətli məhsul olduğunu göstərir. Onu həm mühüm qida maddəsi, həm də dərman kimi tanıyırlar. Ayrı-ayrı bitkilərdən çəkildiyinə görə balda bədən üçün lazım olan əksər qida maddələri vardır. Ona görə də bal yeməklə orqanizmi çatışmayan bir çox maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olandır. Tünd rəngli,bəzən yaşıla çalan qaramtıl rəngli və 2 ildən çox qalan bal keyfiyyətcə yaxşı hesab olunmur. Bal çox asanlıqla həzm olunur,mühüm cəhətlərindən biri də infeksiya və mikroba qarşı təsirli olmasıdır. Bir sıra dərman vasitələrini hazırlayarkən ona bal qatırlar. Bu isə həmin dərmanın təsirini gücləndirir,bədəndə yayılmasını sürətləndirir. Bir çox acı şərbətləri şirin etmək məqsədilə baldan istifadə edirlər. Distillə edilmiş su ilə düzəldilən bal şərbəti böyrək və sidik kisəsi daşı xəstələri üçün olduqca faydalıdır. Vəhşi arının balı daha dadlı və xeyirlidir. Ümumiyyətlə yaz çiçəklərindən çəkilmiş bal işlətmək məsləhətdir.
Arı mumu yumşaldıcı xassəyə malikdir.Onu üzə çəkməklə qırışların qarşısını almaq olar. Üzdə sızanaq olarsa bal sürtmək məsləhətdir. Bal şərbəti ilə qar-qara etmək ağızda olan yaralara qarşı,boğaz ağrıları və şişməsi zamanı yaxşı təsir göstərir. Bal damağı,dişin dib ətini möhkəmləndirir,qan damarlarının fəaliyyəini yaxşılaşdırır,ürək döyüntüsünü tənzimləyir, zərərli bəlğəmləri orqanimdən sorub çıxarır,öskürəyi təhrik edir,selikli xıltları yumşaldır,mədəyə qaz yığılmasının qarşısını alır. Mədə ağrısı,mədə xorası,qəbzlik,bağırsaq sancmasına qarşı işlədilir,qara ciyər xəstələri üçün faydalıdır. Şəkər xəstəliyinə tutulanlar və yaşlı adamlar qənd,şakər əvəzinə bal işlətsələr daha yaxşı olar. Öskürək zamanı bişirilmiş isti süd ilə bal yemək daha çox faydalıdır. Yuxusu az olanlar və ya yuxusuzluğa düçar olanlar yatmazdan qabaq 1 çay qaşığı bal yeyə bilərlər.
Bal bədənə istilik verir,sidikqovucu və quruducu xassəyə malikdir.Sinə,nəfəs borusu xəstəlikləri,iflic hallarında faydalıdır.Oynaq ağrıları zamanı qaraçörək otundan alınan yağı bal ilə qatıb,sürtür və ovuşdururlar.Buğda unu ilə balın qatışığından düzələn təpitmə isti şişləri və çibanı yetişdirir.Bala bağayarpağı suyu qatıb imalə etmək bağırsaq xorasına qarşı xeyirlidir.Bu əməliyyat azı üç gün davam etdirilməlidir.