Deputatlarımız Türkiyədə referendumu izləyəcəklər

10 Aprel 2017 16:57 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu üşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.