Dollar daha da ucuzlaşdı

10 Aprel 2017 14:29 (UTC+04:00)

Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər . Bu gün Bank Respublika dolların alışını 1.60 manata, satışını isə 1.65 manata salıb. Lakin qeyd edək ki, bu dəyişə bilər. Ötən həftənin sonunda Bank Respublika 1 Dolları 1.61 manata alıb, 1.70 manata satırdı. Ümumiyyətlə, ötən həftə banklarda Dolların alış qiyməti 1.61 manatadək, satış qiyməti isə 1.6720 manatadək düşmüşdü.

Bu gün Günay Bank Dolların satış qiymətini 1.6750 manatdan 1.6680 manata, Bank BTB alışı 1.64 manatdan 1.62 manata, AtaBank alışı 1.6450 manatdan 1.63 manata salıb.1 Dolları AmrahBank 1.6780 manata, ExpressBank 1.67 manata, Yapı Kredi Bank Azərbaycan 1.6850 manata, Bank of Baku və Dəmir Bank 1.69 manata satır.