“YARAT” da fransalı rejissorun filmi nümayiş olunacaq

10 Aprel 2017 12:32 (UTC+04:00)

Aprelin 11-də "YARAT" Müasir İncəsənət Mərkəzində fransalı rejissor Sedrik Klapişin "Paris" filmi nümayiş olunacaq. SİA-nın məlumatına görə, xronometrajı 1 saat 30 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə təqdim ediləcək.

Film xəstə və ölüm ayağında olan Paris sakininin həyatından bəhs edir. Onun qarşılaşdığı vəziyyət həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Frankofoniya həftələri çərçivəsində nümayiş olunacaq ekran əsərində tanınmış aktyorlar Fabris Luçini, Romen Duris, Jofre Platel və başqaları iştirak edir.

Filmin nümayişində hər kəs iştirak edə bilər.