Elmar Məmmədyarov Polşaya gedib

10 Aprel 2017 09:42 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. SİA-ya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək. E. Məmmədyarov həmçinin, 12 aprel tarixində Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazirin ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.