Türkiyənin Azərbaycandakı vətəndaşları səs verirlər

9 Aprel 2017 11:13 (UTC+04:00)
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər. SİA-nın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyində, eləcə də Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da referendumla bağlı səs verib v' bu referendumun türk xalqına uğur gətirəcəyini bildirib Qeyd edək ki, Azərbaycanda 6 mindən çox türkiyəli seçici qeydiyyata alınıb.