Millimizin ilk sınağı

8 Aprel 2017 12:51 (UTC+04:00)

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək. Biro Jadenin yetirmələrinin ilk rəqibi Bosniya və Hersoqovina yığması olacaq.

B qrupunun digər matçında isə Macarıstan və Albaniya milli komandaları üz-üzə gələcək.

8 aprel

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

16:00. Macarıstan – Albaniya
Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)
Bakı İdman Sarayı

18:30. Azərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı