Avropa Şurasının rəsmisi: “Əlimizdə olan sübutların analiz edilməsinin vaxtı çatıb”

8 Aprel 2017 12:41 (UTC+04:00)

"Parlament seçkilərdən bir neçə gün keçib, biz çox əhəmiyyətli postseçki mərhələsindəyik və müxtəlif aktorlar tərəfindən edilmiş şikayətlərin həll olunmasının hansı üsullarla yoluna qoyulacağı zamanı çatıb". SİA xəbər verir ki, bu fikirləri ermənistanın birinci informasiya agentliyinə (1in.am) Avropa Şurasının Ermənistana ezam olunmuş nümayəndə heyətinin başçısı, fövqəladə və səlahiyyətli səfir Pyotr Svitalski aprelin 2-də bu ölkədə keçirilmiş seçkiləri şərh edərkən deyib.

"bizim əlimizdə olan bu və ya digər sübutların çox diqqətli və çox sakit şəkildə analiz edilməsinin vaxtı çatıb"-deyə qeyd edən avropalı müşahidəçinin sözlərinə görə, Ermənistanın müstəqillik əldə etməsindən sonra ilk dəfədir ki, səsvermələr zamanı əldə edilən bütün sübutlar öyrənilməsi üçün şərait yaranıb: "Xüsusilə, beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən əldə olunmuş - qeydiyyata alınmış seçicilərin analizini aparmaq, videomüşahidə kameralarının qeydə aldığı görüntüləri öyrənmək imkanı yaranıb. Bizdə seçkilərin nəticələrin əks etdirən tam mənzərə olmadığına görə, hələlik heç nə, hətta qiymətləndirmələr belə, son nəticə kimi göstərilmir".

Avropalı Şurasının nümayəndə heyətinin sonda bir daha qeyd edib ki, siyasi hərarət düşdükdən və təmsil etdiyi qurumun siyasi təşəbbüs, eləcə də maliyyələşdirmə məsələsində Ermənistana etdiyi yardımının ardınca seçkilərə qədər və seçkilərdən sonrakı vəziyyəti araşdırmağın vaxtı çatıb.

Rövşən Nurəddinoğlu