Hərbi Akademiyanın dinləyiciləri üçün praktiki məşğələ keçirilib

7 Aprel 2017 21:17 (UTC+04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında praktiki məşğələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, səfər zamanı Fövqəladə Hallar Nazirliyinin strukturu və vəzifələri, respublikamızda və xarici dövlətlərdə baş verən təbii və texnogen fəlakətlər zamanı Mülki Müdafiə Qoşunlarımızın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Dinləyicilərə Mülki Müdafiə Qoşunlarının istifadəsində olan müasir texnika və avadanlıq, tədris sinifləri və peşəkar xilasedicilərin təlimi nümayiş etdirilib.