Xəbərdarlıq: 20 dəqiqədən çox saqqız çeynəmək zərərlidir

7 Aprel 2017 07:19 (UTC+04:00)

Məlumata görə çox saqqız çeynəmək çənə yayınmalarına səbəb olur. On doqquz Mayıs Universiteti (OMÜ) stomatologiya fakültəsinin Dos. Dr. Emel Bulut, çox saqqız çeynəməyin zərərləri haqqında məlumat verib.
Onun sözlərinə görə bu cür hallar çənə oynağında müəyyən narahatlıqlar yaradır, çənə əzələlərində gücsüzlüyə yol açır. Bu baxımdan çənə oynaq xəstəliyi olanların çox saqqız çeynəməsi məsləhət deyil.

Onuda qeyd etmək lazımdır ki, normal müddətdə saqqız çeynəmənin zərəri yoxdur. Daha çox faydası var. Qavrama, yaddaş və xatırlama bacarıqlarını inkişaf etdirir. İmtahan ərəfəsində şagirdlərə fikri toplamağa yardım edir. Siqareti tərgidən insanlar saqqızdan istifadə edə bilərlər. Saqqız həmçinin kökəlmənin də qarşısını alır.