Bolqarıstanda su bəndlərinin dağılmasına görə fövqəladə vəziyyət elan olunub

6 Aprel 2017 21:01 (UTC+04:00)

Bolqarıstanın Plovdiv bölgəsinin Sadovo, Katunitsa, Yaqodovo kəndlərində daşqınla bağlı fövqəladə vəziyyət elan olunub. Buna səbəb Çaya çayının önündəki su bəndlərinin dağılmasıdır. Çayın daşacağına böyük ehtimal var. Plovdivdə fövqəladə vəziyyətlə bağlı təcili iclas keçirilib.(AZƏRTAC)