"Dünyadakı terror hadisələrinin ermənilərlə bağlılığı var" MÖVQE

6 Aprel 2017 13:12 (UTC+04:00)

"Beynəlxalq dövlətlərin və təşkilatların Ermənistanda keçirilən saxta parlament seçkilərlə ilə bağlı bəyanatlarının heç bir davamı olmayacaq. Bu bəyanatlar elə bəyanat olaraq da qalacaq". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar hər zaman Ermənistana şıltaq uşaq münasibəti sərgiləyirlər ki, növbəti addımın da bundan fərqi olmayacaq: "Güclü erməni diasporu Avropa ölkələrində, ABŞ-da Ermənistan olan bütün təzyiqləri dəf etməyə qadirdir. Biz Ermənistandakı seçki şousuna seçki kimi yanaşmamalıyıq. Çünki, düşmən ölkə müstəqilliyini itirmiş hərbi for-postdur. Hakimiyyətdə olan cinayətkar qrup istənilən şou vasitəsilə hakimiyyəti saxlamaq üçün bütün sərt addımlara hazırdır. Hətta bu şounu da çox böyük pozuntularla həyata keçirdilər. Bu baxımdan Ermənistanda həyata keçirilən siyasətlə bağlı ciddi dəyişiklik gözləmirəm".

Beynəlxalq təşkilatların seçki ilə bəyan etdiyi amillərin ciddi olduğunu deyən A. Mollazadə qeyd edib ki, bundan sonra Ermənistanda artacaq ziddiyyətləri düşmən ölkədəki cinayətkar rejim istənilən an qan vasitəsilə, insanları kütləvi qırmaqla dəf etməyə qadirdir: "Bu gün dünyada həyata keçirilən terror hadisələrinin ermənilərlə bağlılığı var. Çünki, erməni terrorçuların, eləcə də PKK-nın sahibləri Ermənistanın sahibləridir".