Əli Əliyev tutulub

5 Aprel 2017 16:27 (UTC+04:00)

Cəlilabad rayonunun Sərhədabad kənd sakini Nemət Aslanovu bıçaqla qətlə yetirmiş Əli Əliyev istintaqa təslim olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 5-də Cəlilabad rayonunun Sərhədabad kəndində kənd sakini Əli Əliyev münaqişə zəminində həmkəndlisi Nemət Aslanovu bıçaqla qətlə yetirib. Ə.Əliyev könüllü RPŞ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aprılır.