Dollar ucuzlaşır

5 Aprel 2017 12:26 (UTC+04:00)

Unibank dolların satış qiymətini 1.7280 manatdan 1.7190, GünayBank satışı 1.72 manatdan 1.7150 manata, Bank Silk Vey 1.7250 manatdan 1.7180 manata, Bank BTB alışı 1.7270 manatdan 1.7170 manata endirib. Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər. Kapital Bank Dolların alış qiymətini 1.68 manatdan 1.67 manata, satış qiymətini isə 1.7350 manatdan 1.7250 manata salıb.

Dünən Mərkəzi Bankda keçirilmiş valyuta hərracında manatın orta çəkili məzənnəsi təxminən 0,6% geriləyərək 1.7244 manatdan 1.7145 manata, rəsmi məzənnə isə 1.7140 manata düşdükdən sonra banklarda dolların düşməsi sürətlənib.