Yollar rənglənir Sürücülərin nəzərinə!

5 Aprel 2017 11:07 (UTC+04:00)

Bu gün səhər saatlarından başlayaraq, Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail Rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənir.

Bu barədə SİA-ya "Azəravtoyol" ASC-dən məlumat verilib.

Rənglənmə işlərinin axşam saatlarında başa çatdırılacağı bildirilir. "Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.