“Başakşəhər” Türkiyə Kubokunun yarımfinalına yüksəlib

5 Aprel 2017 10:17 (UTC+04:00)

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. SİA-nın məlumatına görə, ilk cavab qarşılaşmasında "Başakşəhər" "Akhisar"ın qonağı olub. Görüş İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə "Başakşəhər"i Türkiyə Kubokunun yarımfinalına yüksəldib.

4 aprel

Türkiyə Kuboku, 1/4 finalın cavab oyunu

"Akhisar" - "Başakşəhər" 0:2
(ilk oyun 1:1)
Qol:
Adebayor, 24. Mehmet Batdal, 90+7