Azərbaycan nümayəndələri Sankt-Peterburq metrosunda həlak olanların xatirəsini yad edib

5 Aprel 2017 01:04 (UTC+04:00)

Sankt-Peterburqda səfərdə olan Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov aprelin 3-də metroda törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsini yad ediblər. Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq metrosunun "Texnoloqiçeskiy institut" stansiyası önünə gül dəstələri qoyub.

Xatırladaq ki, Sankt-Peterburqdakı metro stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər, o cümlədən əslən azərbaycanlı tələbə Dilbər Əliyeva həlak olub. Daha bir Azərbaycan əsilli Sankt-Peterburq sakini Zaur Vəliyev yaralanıb. (AZƏRTAC)