Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı terrorizmlə mübarizə və Donbasdakı situasiya müzakirə olunub.
Kreml rəhbəri rəsmi Kiyevin elan etdiyi blokadanı dayandırmasını tələb edib.