“Yay gecəsində yuxu” tamaşasının məşqləri yekunlaşmaq üzrədir

4 Aprel 2017 09:56 (UTC+04:00)

Əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı aprel ayında dahi ingilis dramaturqu Uilyam Şekspirin "Yay gecəsində yuxu" romantik komediyasını səhnələşdirəcək. Teatrdan SİA-ya bildirilib ki, baş meneceri Nicat Qulam olan tamaşa artıq hazırdır.

Bildirilib ki, səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.