Neftimiz bahalaşıb

4 Aprel 2017 09:55 (UTC+04:00)

Dünya bazarında neftin qiymətində stabillik müşahidə olunur. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 50,24 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 53,11 dollar olub.

Azərbaycan neftinin qiymətində isə artım qeydə alınıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,10 dollar və ya 0,18% artaraq 53,72 dollar təşkil edib.