Qısa ətəyi "Hürrəm Sultan"ı pis vəziyyətdə qoydu

4 Aprel 2017 00:17 (UTC+04:00)

5 aylıq ayrılıqdan sonra keçmiş sevgilisi Alp Özcanla barışan aktrisa Məryəm Üzerli Baltalimanı istiqamətində görüntülənib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dostlarının təşkil etdiyi gecəyə qatılan cütlük səhərə kimi rəqs edib. Çıxışda VİP avtobusa minən Məryəmi qısa ətəyi pis vəziyyətdə qoyub. Belə ki, aktrisa ayağını ayağının üstə aşırmaq istəyərkən alt paltarı görünüb.

Jurnalistlərin suallarını da cavablandıran Üzerli Alpla ayrılığının onun işi ilə bağlı olduğunu bildirib: "Deyirlər ki, guya, uşaq istəmək üstə ayrılmışıq. Bu, yalandır. Mənim işlərim çox idi. Başqa ölkələrə səfərlərim var idi. Ona görə aramızda problem yaranmışdı. İndi isə biz bir yerdəyik, hər şey çox gözəldi".