Tomas Müller "Borussiya"ya qarşı oynamayacaq

3 Aprel 2017 22:16 (UTC+04:00)

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya kubokunda "Hoffenham"la görüşü və bundesliqanın 27-ci turunda Dortmund "Borussiya"sı ilə oyunu buraxacaq. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. O, alman oyunçunun Çempionlar Liqasının 1/4 finalında "Real"la matça kimi hazır olacağını bildirib.

Qeyd edək ki, "Bavariya" - "Real" görüşü aprelin 12-i keçiriləcək.