Komitə tərəfindən yeni hərrac elan olunub

3 Aprel 2017 15:30 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. SİA komitəyə istinadən xəbər verir ki, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1602