Ermənistandakı seçkilərlə bağlı polisə müraciət

3 Aprel 2017 14:40 (UTC+04:00)

Aprelin 2-də Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı "Müstəqil müşahidəçilər" ittifaqının nümayəndələri bir sıra ciddi pozuntular aşkarlayıb. SİA-nın məlumatına görə, müşahidəçi qrupu Armavir şəhərindəki 16/15 saylı seçki məntəqəsində yalnız hakim Respublika partiyasının daxil olduğu bülletenlər aşkar ediblər. Bülletenlərdə digər siyasi qüvvələr qeyd edilməyib. Müşahidələrin aparıldığı digər məntəqə seçki komissiyalarında da eyni hal qeydə alınıb. Bununla bağlı olaraq Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, "Vətəndaşların məlumatlandırılması ittifaqı", Martuni və Qorisdəki qadın birliyi adından Ermənistan Mərkəzi Seçki Komissiyasına və polisə məktublar göndərilib.