Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilib

3 Aprel 2017 14:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nursultan Nazarbayevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Heydər Əliyev" ordeni ilə təltif edilsin.