Gigiyena və Epidemiologiya Mərkəzindən oğurluq

3 Aprel 2017 14:07 (UTC+04:00)

Gigiyena və Epidemiologiya Mərkəzindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 16-da şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən pəncərədən girmək yolu ilə kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Mahir Qənizadə və Elnur Abdullayev tutulublar.