Natiq Əliyev Türkiyəyə səfər edəcək

3 Aprel 2017 12:30 (UTC+04:00)

Cari ilin 5-6 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. Bu barədə SİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sammitdə nazir Natiq Əliyevin "Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar" adlı sessiyada çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.