Neft ucuzlaşır

3 Aprel 2017 09:41 (UTC+04:00)

Dünya bazarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,18% azalaraq 50,51, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar və ya 0,26% azalaraq 53,39 dollar olub.