Qvatemalada güclü vulkan püskürməsi baş verib

3 Aprel 2017 04:43 (UTC+04:00)

Qvatemalanın turistik bölgəsi sayılan Fueqa dağında güclü vulkan püskürməsi baş verib. Axar.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Təbiət hadisəsi zamanı ərazidə insanların olub-olmadığı məlum deyil. Qeyd edək ki, Fueqa vulkanı sonuncu dəfə 2007-ci ilin 9 avqustunda püskürmüşdü.