Azad Əliyevin xatirəsinə həsr edilmiş konsert FOTOLAR

1 Aprel 2017 10:05 (UTC+04:00)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar İncəsənət Xadimi, maestro Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə akademiyanın "Baku Chamber Orchestra"sının Gənclər Kamera Orkestri və solistlər - Murad Adıgözəlzadə, İlham Nəzərov, Kristina Rəhimova, Aydan Həsənova, Orxan Cəlilov, Sevda Hüseynova çıxış ediblər.

Maraqla qarşılanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrın bədii rəhbəri və dirijoru Fuad İbrahimovdur.