“İnter” və “Qəbələ”nin futbolçuları cəzalı duruma düşüblər

31 Mart 2017 16:32 (UTC+04:00)

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "İnter"lə "Qəbələ" arasında keçirilən ilk oyununda hər iki komandanın bir futbolçusu cəzalı duruma düşüb. SİA-nın məlumatına görə, "İnter"dən Tərlan Quliyev, "Qəbələ"dən isə Rafael Santos xəbərdarlıq alaraq sarı vərəqə limitini doldurub. Hər iki müdafiəçi cavab matçını buraxacaq.

Qeyd edək ki, komandalar arasında növbəti oyun aprelin 5-də keçiriləcək.