Bağdadda dəhşətli partlayış: Ölənlərin sayı 17 nəfərə çatıb

30 Mart 2017 05:13 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb, 60-dan çoxu isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb. Belə ki, terakt şəhərin cənubunda baş verib.Hələlik olayla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.