"Baş konsulluğa hücum terror aktıdır” Diplomat

29 Mart 2017 13:25 (UTC+04:00)

Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğuna hücum terror aktıdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu konsul Kriştof Savitski deyib. O bildirib ki, bu əsl terror aktı idi, insanları öldürmək istəyirdilər.

Qeyd edək ki, bu gecə naməlum şəxslər qumbaraatanlardan konsulluq binasını atəşə tutub. Onlar binaya arxa qapıdan atəş açıb, hətta pəncərədən sonuncu mərtəbəyə daxil ola biliblər. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.