Sarkisyanın hədəsinin arxasında seçkilərdə qalib gəlmək istəyi dayanır AÇIQLAMA

29 Mart 2017 11:52 (UTC+04:00)

Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib və onun bu hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: "Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Sarkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın".

Sarkisyanın hədəsinin arxasındakı təhlükəyə gəldikdə isə bu həmin adamdır ki, aprel döyüşlərindən dərhal sonra Azərbaycanın azad etdiyi bütün torpaqların qısa zamanda geri qaytarılacağını deyirdi. Bəs nə oldu?. İkincisi, o bildirir ki, " Ermənistanın Ali Baş Komandanı lazım gələndə gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək". Amma başqa bir reallıq da var ki, Ermənistanın alilikdən uzaq başsız komandanı gözünü qırpmamış həmən "İsgəndər" kompleksi də, onun qərargahı da darmadağın edilə bilər, Necə ki aprel döyüşlərində yüksək rütbəli hərbiçilərinin toplaşdıqları qərargahlardan biri darmadağın edilmişdi. Sarkisyan onu da bilməmiş deyil ki, azərbaycanlı oğullar da cəbhənin bütün perimetrləri boyu əməliyat şəraitinə nəzarət etdikəri kimi, düşmənin cəbhədən çox-çox uzaqlarda harada nə gizlətdiklərindən də xəbərdardırlar. Həm də təkcə xəbərdar deyillər, onların sıradan çıxarılmasının yolunu da bilirlər və bunun üçün gərəkən texinka da artıqlamasıyla varımızdır.