Dünya şöhrətli skripkaçı açıq məşq keçəcək

29 Mart 2017 11:12 (UTC+04:00)

Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun "Musiqinin sehrli dünyası" sosial layihəsi çərçivəsində aprelin 1-də Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində dünya şöhrətli skripkaçı Maksim Venqerov Moskvanın ixtisaslaşmış musiqi məktəblərinin şagirdləri və ali məktəblərinin tələbələri qarşısında açıq məşq keçəcək. SİA-nın məlumatına görə, Maksim Venqerov İ.Bramsın skripka üçün sonatalarını ifa edəcək. Açıq məşq xüsusi istedadlı uşaqların dəstəklənməsinə, onların inkişafı və ifa texnikasının təkmilləşdirilməsi üçün əlavə stimul yaradılmasına yönəlib.

2016-cı ilin dekabrında Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun Moskva Şəhər İctimaiyyətlə Əlaqələr Komitəsinin dəstəyi ilə reallaşdırdığı "Musiqinin sehrli dünyası" adlı sosial layihə bu ilin noyabrınadək davam edəcək.