Yardımlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik alverçisi saxlanılıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Zevin kənd sakini, 1978-ci il təvəllüdlü Mirzəyev Əliğa Mədətxan oğlunun üzərinə baxış zamanı 100 qram heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Fakt üzrə cinayət işi başlanıb, saxlanılan şəxsin narkotik vasitəni haradan və kimdən alındığı araşdırılır.