Otellərin qiymətləri ARAŞDIRMA

27 Mart 2017 15:53 (UTC+04:00)

Qarşıdan yay fəsli gəlir. İstirahətə önəm verən vətəndaşlarımız bölgələrimizlə yanaşı, xarici ölkələrə də üz tuturlar. Apardığımız sorğuya görə, həmyerlilərimiz istirahət etmək üçün daha çox Avropa ölkələrini seçirlər. SİA bununla bağlı bir sıra turizm şirkətləri ilə sorğu aparıb. Sorğuya əsasən bu il Avropa ölkələri arasında Almaniya, Fransa, İtaliya, Latviya ən çox səyahət edilən ölkələr sırasındadır. Həmçinin bildirdilər ki, Turkiyə istiqamətinə də erkən rezervlər başlıyıb. Antalya, Bodrum, Marmaris, Fəthiyə kimi yerlərə getmək üçün müraciət edilir. Vətəndaşlarımız qonşu ölkə olan Gürcüstana da üz tuturlar. Əlaqə saxladığımız turizim şirkətləri Novruz bayramında İrandan gələn təyyarələr də yerlərin olmadığını və İrandan gələn turistlərin daha çox təşkil etdiyini söylədilər. Ölkəmizdəki sosial rifah, sabitlik və bir sıra bu kimi hallar turist axınına səbəb olur. Həmçinin, gözəl otellərdə istirahət etmək və dincəlmək üçün ölkəmizdə də hər cür şərait var. Bu otellərə yerli insanlarla, yanaşı əcnəbi vətəndaşlar daha çoxluq təşkil edir. Bir sıra otellərin şəraiti və qiyməti barədə araşdırma etdik. Ama qeyd edək ki, bu qiymətlər ilin fəsillərindən aslı olaraq dəyişə bilir.

QAFQAZ RİVERSİDE RESORT HOTEL

Qafqaz Riverside Resort Qəbələ şəhərində dağların əhatəsində yerləşən beşulduzlu oteldir. Otel öz qonaqlarına geniş və rahat otaqlar təqdim edir. Ailəvi istirahət üçün otelin ərazisində yerləşən koteclər ideal bir seçimdir. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxlərindən dada bilərlər. Buradakı standart otaqlar 2 nəfər üçün 125-140 AZN arası təşkil edir. Qeyd olunan otaq qiymətinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir. "Qafqaz Riverside Hotel", "Kral" otağı – 800 manat təşkil edir. "Qafqaz Riverside Hotel"ində ən bahalı nömrənin qiymətləri həftə içi və həftə sonu fərqli olur. Şərti olaraq "Kral" otağı adlanan nömrədə həftə içi bir gecəlik qiymət 660 manat, həftə sonu isə 800 manatdır. Nömrəyə bir yataq otağı, bir geniş qonaq otağı daxildir. Nömrənin sahəsi 150 kvadrat metrdir. Həmçinin nömrəyə sauna, rus hamamı və s. daxildir. Oteldə bundan başqa 4 belə nömrə var.

QAFQAZ TUFANDAĞ HOTEL

Qafqaz Tufandag Mountain Resort Hotel 50 otaqlı möhtəşəm bir dağ otelidir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. Otel Dəmiraparan çayının sahilində, dağlarının ətəyində yerləşir. Standart otaq - (2 nəfər üçün) -120 azn, Family suite (4 nəfər) - 210 azn. Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet, sağlamlıq mərkəzindən, kanat xəttindən istifadə daxildir. "Tufandag Mountain Resort Hotel", "King suit" – 2500 manatdır. Qeyd edək ki, buradakı "King suit"də isə qiymətlər standartdır, məbləğ nə az, nə çox, düz 2500 manat təşkil edir. Nömrədə 3 yataq otağı, bir qonaq otağı, mətbəxi və kiçik bir iş otağı var. Oteldə bu nömrədə qalanlar üçün xüsusi xidmətçi də ayrılır. Nömrədə sauna, türk hamamı, masaj otağı da var. Nömrənin sahəsi 520 kvadrat metrdir.

QUBA RİXOS

Azərbaycanın ən gözəl və görməli rayonlarından birində - Qubada inşa olunmuş Rixos Quba otel kompleksinin ərazisi 65 hektardır. Rixos Quba otelində istirahət etməyə gələnlər həmçinin premium səviyyəli kotteclərdə də qala bilərlər. Bu oteldə xüsusi günlər və bayram günlərində paketlər var ki, bu paketlər daha çox endirimli olur.

Deluxe Standart Mountain View (2 nəf.) - 99 azn

Deluxe Standart Lake View ( 2 nəf.) - 119 azn

Junior Suite (2 nəf.) - 149 azn

Honeymoon Suite (2 nəf.) - 169 azn

Family Suite (4 nəf.) - 199 azn

Manna Villa (2 nəf.) - 199 azn "Quba Rixos",

Qeyd edək ki, ən bahalı suit, "Kral suit"i – 4 000 manat təşkil edir. Azərbaycanda "Rixos" brendinin ilk təmsilçisi olan otel gözəlliyi ilə yanaşı, qiyməti ilə də fərqlənir. Bura 3 yataq otağı, 1 iş otağı və 1 böyük lobbi daxildir. Lobbi qonaq otağı kimi də istifadə oluna bilər, otaqda bilyard da var. Bu otaqda türk və rus hamamları, şəxsi masaj otağı və sauna da var. "Quba Rixos"dakı "Kral suit" öz sahəsinə görə də, Azərbaycanın ən böyük hotel nömrəsidir – 945 kvadrat metr. Bu, Bakıda təqribən 10 ədəd 2-3 otaqlı evin sahəsidir.

CHİNAR HOTEL & NAFTALAN

Chinar Hotel & SPA Naftalan Azərbaycanın qərbində, Bakıdan 330 km məsafədə Naftalan şəhərində yerləşir. "Chinar Hotel & Spa Naftalan" müştərilərə xidmətin maksimal səviyyəsini təmin edən müasir komfortabelli oteldir. Otel nəhəng ərazini əhatə edir və hər tərəfdən küknar və çinar ağacları ilə əhatə olunub. Naftalan nefti vasitəsilə müxtəlif xəstəliklərdən müalicənin geniş spektrini təqdim edən tibbi profilaktika mərkəzidir. Qeyd edək ki, Naftalan yağı ağrıkəsici, soyuqdəymə əleyhinə, damar genişləndirici və allergiyaya qarşı təsirlərə malikdir. Bütün sadalananları nəzərə alaraq, bu yağ 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur.

Gündəlik qiymətlər:

STANDARD - SNG - 88 azn, DBL - 125 azn

SUPERİOR - SNG - 118 azn, DBL - 169 azn

SUİTE - SNG - 177 azn, DBL - 253 azn

DELUXE - SNG - 295 azn, DBL - 422 azn

KİNG SUİTE - 4 nəfər - 1250 azn

1 HƏFTƏ - TAM PAKET

STANDARD - SNG - 613 azn, DBL - 875 azn

SUPERİOR - SNG - 827 azn, DBL - 1181 azn

SUİTE - SNG - 1240 azn, DBL - 1772 azn, DELUXE - SNG - 2067 azn, DBL - 2953 azn

RELAX İSTİRAHƏT MƏRKƏZİ

"Relax" Azərbaycanın gözəl guşələrindən biri olan Lənkəran - Lerik yolunun 33-cü km-də yerləşir. Relax İstirahət Mərkəzində 1 nəfər üçün yerləşmə qiyməti - 70 azn təşkil edir. Qeyd edilən qiymətə gündə 3 dəfə yemək daxildir.