ABŞ-ın dövlət departamenti Rusiya şəhərlərində müxalifətin keçirdiyi etiraz aksiyalarında həbs edilənlərə görə ittiham bəyanatı ilə çıxış edib. SİA xəbər verir ki, bu barədə CNN yazır.
"Birləşmiş Ştatlar bütün Rusiya üzrə yüzlərlə xoşməramlı nümayişçilərin həbs olunmasını pisləyir. Sülhməramlı nümayişçilərin, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsi demokratik dəyərlərə ziddir" –deyə departamentin xüsisi nümayəndəsi vəzifəsinin müvəqqəti icraçısı Mark Tonnerin "İntefax"ın ünvanladığı məktuba verdiyi cavabında vurğulanır.
Amerikalı diplomat qeyd edib ki, onlar müxalifətçi Aleksandr Navalnının nümayişlərə qatılmasının ardınca həbs olunmasını həyacanla qarşılayıblar. Departament eyni zamanda Navalnının korrupsiya ilə mübarizə təşkilatına edilən polis reydinə görə də narahat olduqlarını bildirib.
"ABŞ sözügedən vəziyyəti izləyəcək və biz Rusiya hökumətini bütün xoşməramlı nümayişçilərin dərhal azad etməsinə səsləyirik"-Tonner bildirib.
Xatırladaq ki, Moskvada və Rusiyanın digər şəhərlərində korrupsiyaya qarşı keçirilən icazəsiz aksiyalarda bir çox insan həbs edilib. Rəsmi məlumatda bildirilir ki, təkcə Moskvada ictimai asayişi pozduqlarına və təxribatçı hərəkətlərinə görə polis tərəfindən 500 nəfər saxlanılıb.
Rövşən Nurəddinoğlu