Rusiyada iki qatar toqquşub

26 Mart 2017 22:12 (UTC+04:00)

Başqırdıstanda mədən zənginləşdirmə kombinatında iki yük qatarı toqquşub. Axar.az xəbər verir ki, bu barədə respublikanın fövqəladə hallar xidmətindəki mənbə məlumat verib. Toqquşma nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Hadisə ilə bağlı əlavə məlumat verilmir.