OPEC-dən yeni qərar

26 Mart 2017 15:23 (UTC+04:00)
OPEK-ə üzv ölkələr apreldə neft hasilatının azaldılması barədə razılaşmanın müddətinin yarım il uzadılması barədə tövsiyəyə baxacaq. SİA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, OPEK-in bu gün yaydığı məlumatda əksini tapıb. OPEK-in Nazirlər Komitəsi neft bazarında stabilliyə nail olmaq üçün belə bir tövsiyə ilə çıxış edib. Məlumatda OPEK-in neft bazarına spekulyativ təsirləri aradan qaldırmağa nail olduğu da bildirilir.